AZ

İkardinin gələcəyinə aydınlıq gəldi - ƏTRAFLI

“Qalatasaray” argentinalı hücumçu Mauro İkardi ilə yeni müqavilə şərtləri üzrə razılığa gəlib.

Fanat.Az xəbər verir ki, “Sabah” nəşrinin yaydığı məlumata görə, futbolçunun illik maaşı 10 milyon avrodan 4,5 milyon avroya endirilib.

Tərəflər arasında 2+1 illik müqavilə imzalanması nəzərdə tutulur. Klub rəhbərliyi maliyyə balansını qorumaq məqsədilə bu addımı atıb.

Bildirilir ki, İkardi yeni şərtləri qəbul edib. Yeni müqavilənin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.

Seçilən
14
fanat.az

1Mənbələr