Bakı. Trend:
Berlinin (Almaniya) cənub-qərbində bir neçə rayonda kabellərinyandırılması nəticəsində əhali işıqsız qalıb.
Trend xəbər verirki, bu səbəbdən şəhərdə fövqəladə vəziyyət elan edilib.
Şəhər Senatının qəbul etdiyi qərara görə, fövqəladə vəziyyətordu, federal polis və humanitar təşkilatların zərərçəkənlərədərhal yardım göstərməsinə imkan verir.
Məlumata görə, Berlində təxminən 50 min ev və 2 min pərakəndəsatış məntəqəsi elektrik enerjisiz qalıb.