AZ

Nigeriyanın şimalında silahlı hücumda azı 30 nəfər ölüb

Bakı. Trend:

Nigeriyanın şimalında yerləşən bir kənddə silahlı şəxslərinaçdığı atəş nəticəsində ən azı 30 nəfər həlak olub.

Trend xəbər verirki, bu barədə Vanguard News xəbər portalı məlumat yayıb.

Məlumata görə, hücum edənlər bir neçə nəfəri də girovgötürüblər, hazırda onların dəqiq sayı müəyyənləşdirilir. Yerlisakinlərin bildirdiyinə görə isə ölənlərin sayı 37 nəfərə çatabilər.

Hücum Niger əyalətinin Kasuvan-Daji kəndində baş verib. Silahlışəxslər motosikletlərlə kəndə daxil olaraq mülki şəxslərə qarşıayrı-seçkilik etmədən atəş açıblar. Hücum zamanı mağazalar talanedilib, yerli bazar isə yandırılıb.

Qeyd olunur ki, Nigeriyanın müxtəlif bölgələrində fəaliyyətgöstərən silahlı dəstələr soyğunçuluqla məşğul olur, insanlarıöldürür, girovları fidyə qarşılığında saxlayır, mal-qara oğurlayırvə əhalini hədələyirlər. Bu qruplaşmalara qarşı mübarizə məqsədiləNigeriya hökuməti digər tədbirlərlə yanaşı, bölgələrə orduqüvvələri də yerləşdirir.

Seçilən
72
50
az.trend.az

10Mənbələr