AZ

Xabi Alonso satılacağı iddia edilən Rodriqo barədə belə danışdı

"Real Madrid"in baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Rodriqo Qoesin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis satılacağı iddia edilən braziliyalı futbolçu barədə belə danışıb:

"Rodriqo universal hücumçudur. O, həm cinahlarda, həm də mərkəzdə oynaya bilir. İlin sonuna doğru xeyli inkuşaf edib. Bir neçə həqiqətən, keyfiyyətli oyun keçirdi və xiş təsir bağışladı.

Ridriqo bizim üçün digər futbolçular qədər vacibdir. Zədəli Kilian Mbappenin kənarda qaldığını nəzərə alsaq, hücum xətti ilə bağlı müxtəlif variantlarımız var və Rodriqo onlardan biri ola bilər".

Qeyd edək ki, cari mövsüm "Real"ın heyətində bütün turnirlərdə 21 matça çıxan "sambaçı" 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Rodriqonun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
21
fanat.az

1Mənbələr