AZ

Joao Fonseka Brisbendə keçirilən ATP-250 turnirindən çəkilib

Dünya reytinqində 24-cü pillədə qərarlaşan tennisçi Joao Fonseka Avstraliyanın Brisben şəhərində keçirilən ATP-250 kateqoriyalı turnirdə iştirakdan imtina edib.

90deqiqe.Az xəbər verir ki, buna səbəb bel nahiyəsindən aldığı zədə olub. Braziliyalının yerini turnirdə “laki-luzer” statuslu tennisçi tutacaq. Bu barədə ATP-nin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 19 yaşlı tennisçi 2025-ci mövsümdə iki turnirin qalibi olub. O, İsveçrənin Bazel şəhərində keçirilən ATP-500 turnirində, eləcə də Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutan ATP-250 yarışında çempionluq qazanıb.

Brisbendə keçirilən turnir yanvarın 4-dən 11-dək davam edəcək. Fonseka ilk turda ABŞ təmsilçisi Raylli Opelka ilə qarşılaşmalı idi. 

Seçilən
73
90deqiqe.az

1Mənbələr