AZ

Biliç 10 il sonra geri qayıdır?

Tanınmış mütəxəssis Slaven Biliç Londonun “Vest Hem” klubunun baş məşqçisi postuna qayıda bilər.

Hakimiyyet.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Mənbənin məlumatına görə, mövsüm ərzində daha bir məşqçi dəyişikliyi ilə bağlı qərar veriləcəyi təqdirdə, xorvatiyalı mütəxəssis “çəkicdöyənlər”i yenidən çalışdırmağa hazırdır.

Hazırda komandanın baş məşqçisi Nunu Eşpiritu Santu ciddi təzyiq altındadır. Buna səbəb “Vest Hem”in “Vulverhempton”a 0:3 hesabı ilə məğlub olmasıdır. Qeyd edək ki, bu nəticə “canavarlar” üçün cari Premyer Liqa mövsümündə ilk qələbə olub.

Slaven Biliçdən başqa, “Vest Hem”in baş məşqçi postuna əsas namizədlərdən biri də Maykl Kerrik hesab olunur.

Xatırladaq ki, Biliç daha əvvəl 2015–2017-ci illərdə “Vest Hem”in baş məşqçisi olub. O, futbolçu kimi də 1996–1997-ci illərdə London klubunun formasını geyinib. 57 yaşlı xorvatiyalı mütəxəssis məşqçi karyerası ərzində “Hayduk”, Xorvatiyanın gənclər və əsas milliləri, Moskva “Lokomotiv”i, “Beşiktaş”, “Əl-İttihad”, “Vest Bromviç”, “Beytszin Qoan”, eləcə də “Uotford” klublarında çalışıb.

Qeyd edək ki, 2025-ci ilin sentyabrında “Vest Hem” rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə britaniyalı mütəxəssis Qrem Potteri istefaya göndərmişdi. Hazırda London təmsilçisi 14 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Seçilən
20
hakimiyyet.az

1Mənbələr