AZ

"Fənərbağça" iki dünya ulduzunun teansferi üçün danışıq aparır - ADLAR

Türkiyənin "Fənərbağça" klubu heyətini İtaliya  A Seriyasında çıxış edən 2 ulduz futbolçu ilə gücləndirmək istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, bunlar "Latsio"nun yarımmüdafiəçisi Matteo Genduzi və "Milan"ın forvardı Kristofer Nkunkudur. Mənbə fransalı futbolçuların transferi ilə bağlı danışıqları "Fənər"in idman direktoru Devin Özek aparır.

Genduzi 2023-cü ilin avqustundan "Latsio"da çıxış edir. "Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.

Nkunku cari mövsüm ərəfəsində "Çelsi"dən "Milan"a transfer olunub. "Qırmızı-qaralar" bu keçid üçün qarşı tərəfə 37 milyon avro ödəyiblər.

Nihat

Seçilən
55
fanat.az

1Mənbələr