AZ

“Fənərbaxça” A seriyasından iki futbolçunu istəyir

“Fənərbaxça” heyətini İtaliya A seriyasında çıxış edən iki futbolçu ilə gücləndirə bilər.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat  yayıb.

Onun sözlərinə görə, İstanbul klubu “Latsio”nun yarımmüdafiəçisi Matteo Qunduzi və “Milan”ın hücumçusu Kristofer Nkunkunun xidmətlərində maraqlıdır.

Transfer danışıqlarını “Fənər”in fransalı idman direktoru Devin Ozek aparır.

Gunduzi 2023-cü ilin avqustundan “Latsio”nun şərəfini qoruyur. Transfermarkt onu 28 miıyon avro dəyərləndirir.

Nkunku cari mövsümün əvvəlində “Çelsi”dən “Milan”a keçib. Onun dəyəri 37 milyon avro qiymətləndirilir.

Seçilən
56
msport.az

1Mənbələr