AZ

“Nyukasl”dan “Çelsi”yə

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını “Çelsi”də davam etdirə bilər.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, "zadəganlar" 25 yaşlı futbolçu ilə maraqlanır.

London klubu İngiltərə Premyer Liqası səviyyəsində özünü doğrultmuş yarımmüdafiəçilər bazarını təhlil edir.

Mənbənin məlumatına görə, “zadəganlar” italiyalı futbolçunun transferini cari qış deyil, qarşıdakı yay transfer pəncərəsində reallaşdırmağı nəzərdən keçirir.

“Sağsağanlar” düşərgəsində isə Tonalini komandada saxlamaq niyyətindədirlər. Klub rəhbərliyi 10 aylıq diskvalifikasiyadan (mərc qalmaqalı səbəbindən) sonra futbolçuya dəstək verdiklərini xatırladaraq, onun kluba sədaqət göstərməli olduğunu düşünür.

Cari mövsümdə Sandro Tonali bütün turnirlərdə 24 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Nyukasl”la mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Tonalinin bazar dəyəri 75 milyon avro təşkil edir.

Seçilən
72
90deqiqe.az

1Mənbələr