Fransa Prezidenti Emmanuel Makron verdiyi açıqlamada Venesuela xalqının “Nikolas Maduronun diktaturasından azad olunmasını” alqışlayıb. ABŞ-ın X sosial platformasında paylaşdığı mesajda Makron bildirib ki, hakimiyyəti mənimsəməklə və əsas azadlıqları tapdalamaqla Nikolas Maduro öz xalqının ləyaqətinə ciddi zərbə vurub.
“İki sahil” xəbər verir ki, Fransanın dövlət başçısı Venesuelada “dinc, demokratik və xalqın iradəsinə hörmət edən” siyasi keçidə çağırıb. O, 2024-cü ildə prezident seçilmiş Edmundo Qonsales Urrutianın bu mühüm mərhələni tezliklə həyata keçirə biləcəyinə ümid etdiyini vurğulayıb.
Bu bəyanat Fransa siyasi səhnəsində ABŞ-ın Venesuelaya endirdiyi zərbələri pisləyən fikirlərin artdığı bir vaxta təsadüf edir. Marin Lö Pen Venesuelanın suverenliyinin pozulmasını qınayaraq, xarici hərbi müdaxilələrin qəbuledilməz olduğunu bildirib. Jan-Lük Melenşon da ABŞ-ın hərbi əməliyyatlarına qarşı çıxıb.
Makron regional tərəfdaşlarla məsləhətləşmələrin davam etdiyini və Fransanın Venesueladakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün vəziyyəti yaxından izlədiyini bildirib.