AZ

İranda daha 3 etirazçı öldürüldü - Tehran bazarı ayağa qalxır

İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.

Musavat.com-un məlumatına görə, dünən günorta saatlarında İranın İlam əyalətində toqquşmalar zamanı daha 3 nəfər öldürülüb.

"Mehr" agentliyi toqquşmalar nəticəsində daha bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı barədə xəbər yayıb. İranın dini liderinin etirazçıları hədələməsi isə əks reaksiyalara səbəb olub.

Artıq paytaxt Tehranda da etirazlar artmaqdadır. Teleqram kanallarında yayılan xəbərlərə görə, Tehran bazarının tacirləri bazar günü üçün kütləvi etirazlara çağırış edib.

"Gunaz.TV"nin məlumatına görə, bəyanatda deyilir ki, tacirlər etirazları davam etdirmək və tələblərini yerinə yetirmək üçün bazar günü Tehran bazarında əvvəlcədən müəyyən edilmiş yerlərdə toplaşmağı planlaşdırırlar.

Yayılan xəbərlərdə ticarətçilər istəklərinə çatana qədər etirazlarını davam etdirməyə dəvət edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
95
olaylar.az

1Mənbələr