AZ

Avropada çoxfunksiyalı yüngül təyyarənin istehsalına başlanılır

Bakı. Trend:

Avropa İttifaqında radarlara düşməyən (stels texnologiyalı) FMLAçoxfunksiyalı yüngül turbovintli təyyarəsinin istehsalınabaşlanılır.

Trend xəbər verirki, bu barədə “Defence Express” nəşri məlumat yayıb.

Layihə Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində15 milyon avro maliyyə dəstəyi alıb.

Yeni FMLA təyyarəsi birbaşa atəş dəstəyi, dronların qarşısınınalınması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf təyini kimihərbi funksiyaları yerinə yetirə biləcək. Təyyarəninaxtarış-xilasetmə işləri və digər mülki missiyalar üçün adaptasiyaolunma imkanı da nəzərdə tutulub.

FMLA turbovintli mühərriklə təchiz ediləcək, uçuş çəkisi 7,5tona qədər olacaq və uzunluğu 450 metrdən az olmayan zolaqlardanqısa uçuş və eniş icra edə biləcək.

Yeni təyyarənin tədarükü hələlik 2035-2040-cı illərəplanlaşdırılır ki, bu da layihəni Avropa aviasiyası üçünuzunmüddətli təşəbbüsə çevirir.

Seçilən
111
az.trend.az

1Mənbələr