AZ

Debütant “Qarabağ”a müraciət etdi: "Bizə icarəyə verin" - SON DƏQİQƏ

«İmişli» rəhbərliyi «Qarabağ»a müraciət edib. Bu barədə aran təmsilçisindən saytımıza məlumat daxil olub. Bildirilib ki, Hikmət Cəbrayılzadə ilə bağlı danışıqlar başlayıb. Premyer Liqanın debütantı 18 yaşlı gənci icarəyə götürməyi qarşısına məqsəd qoyub. Elitada ilk mövsümünü keçirən klubun yönətimi öz istəyi ilə qarşı tərəfi tanış edib - onlar yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlamaq niyyətindədir.
Ağdam təmsilçisi hələlik «İmişli»nin müraciətinə münasibət bildirməyib. Çünki Qurban Qurbanovun reaksiyasını gözləyirlər.
Hikmət bu mövsümdən əsas komandanın sıralarındadır. Baş məşqçi ona həm Çempionlar Liqasının təsnifat mərhələsində, həm də Premyer Liqanın bəzi oyunlarında meydana çıxmaq imkanı yaradıb.

SPORTİNFO.AZ

Seçilən
73
sportinfo.az

1Mənbələr