“Qalatasaray” heyətini niderlandlı ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi Memfis Depayın transferində israrlıdır.
Hazırda Braziliyanın “Korintians” klubunda çıxış edən 31 yaşlı vingerin müqavilə müddəti 2026-cı il avqustun 31-də başa çatır.
Bildirilir ki, Depay Avropaya qayıtmaq niyyətində olmasa da, “Qalatasaray” rəhbərliyi onu yüksək məvaciblə razı salmağa çalışır.
Xatırladaq ki, Memfis Depay karyerası ərzində PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko” kimi klubların formasını geyinib.