AZ

KİV: ABŞ-nin müdaxiləsi Venesuelada beynəlxalq hüququ pozur

BAKI, 4 yanvar. TELEQRAF

ABŞ-nin Venesueladakı hərbi əməliyyatı beynəlxalq hüququ pozur və Vaşinqtonun beynəlxalq nüfuzuna xələl gətirir.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın "The Nation" qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ həm Venesuelada, həm də İrandakı etirazlardan öz maraqları üçün istifadə etməyə çalışır.

"Bu, beynəlxalq hüququn yalnız formal xarakter daşıdığını göstərir. Vaşinqtonun siyasəti Latın Amerikası və Yaxın Şərq ölkələrinin suverenliyini pozur. Müdaxilələrin əsas məqsədi isə resurslara nəzarət etmək və itaətsiz rejimləri devirməkdir",- məlumatda qeyd edilib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.

Ölkədə fövqəladə vəziyyət elan edilib.

Seçilən
151
50
teleqraf.com

10Mənbələr