AZ

Almatı vilayətində dörd yeniyetmə buzun altına düşdü – biri həyatını itirdi

Almatı

Nazik buzun üzərində oynayan uşaqlardan yalnız üçü xilas edilib Ulusum.az xəbər verir ki, Almatı vilayətinin Jambıl rayonunun Umbetali kəndində faciəvi hadisə baş verib. Bu gün Almatı vilayətinin 112 Təcili Yardım Mərkəzinə yeniyetmənin su anbarında batması ilə bağlı məlumat daxil olub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin və Yol Təhlükəsizliyi Xidmətinin xilasediciləri cəlb olunub. Rəsmi məlumatda qeyd olunur ki, dörd yeniyetmə oynayarkən nazik buzun üzərinə çıxıb və buz qırıldığından suya düşüblər. Hadisənin şahidi olan bir balıqçı üç uşağı xilas etməyi bacarıb, lakin dördüncü yeniyetməni xilas etmək mümkün olmayıb. İtkin düşən uşağın cəsədi dalğıclar tərəfindən tapılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.R.Daşdəmirova

Diqqət Çəkənlər

Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən İrana uçuşları maraq yaradıb

ABŞ “Tam Qətiyyət Əməliyyatı”ndan fotolar yaydı – Maduro saxlanılıb

Bəzi yerlərdə külək əsir - FAKTİKİ HAVA

Seçilən
61
ulusum.az

1Mənbələr