"Borussiya Dortmund" hücumçusu Xordi Paulinanın "Fortuna Düsseldorf"a satıldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, gənc forvardın transfer qiyməti 400 min avro olub.
Onun yeni klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. Xordi yeni komandasında 27 nömrəli formada çıxış edəcək.
Paulina 2025/2026 mövsümündə Dortmund təmsilçisinin ikinci komandasında oynayıb və 11 matçda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.
Niderland doğumlu 21 yaşlı hücumçu, Dik Advokatın rəhbərliyi altında 2026-cı il Dünya Çempionatına vəsiqə qazanan Kurəsao millisini təmsil edir.
"Borussiya" Bundesliqada 15 turdan sonra 32 xalla ikinci yerdədir.