Əliqandallı Madurodan YENİ İL TƏBRİKİ
Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, binanın qarşısına Venesuela bayraqları ilə insanlar toplanıb. Ağ Evin operativ reaksiya üzrə rəsmi hesabı mavi xalça sərilmiş, üzərində DEA (ABŞ Narkotiklərlə Mübarizə İdarəsi - Drug Enforcement Administration, DEA) yazısı olan dəhlizdə qara kapüşonlu köynəkdə gedən Maduronun videosunu paylaşıb. Videoda Maduro "Yeni iliniz mübarək" deyir. Maduro narkotiklərin və silahların saxlanılması ilə bağlı ittihamlar üzrə Manhetten federal məhkəməsinin hakimi qarşısına çıxarılacaq. 