AZ

2025-ci ildə Türkiyənin müdafiə və aerokosmik sektoru rekord ixrac göstərib

BAKI, 4 yanvar. TELEQRAF

2025-ci ildə Türkiyə müdafiə və aerokosmik məhsullardan 10,054 milyard dollar gəlir əldə edib və bu göstərici ölkə üçün rekord olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bildirib.

Onun sözlərinə görə, son üç ildə bu sahələr bütün iqtisadiyyat sektorları arasında ixrac artımında lider olub:

"Müdafiə və aerokosmik məhsulların ümumi ixracdakı payı 2022-ci ildə 1,7%-dən 2025-ci ildə 3,6%-ə yüksəlib. 2024-cü ildə bu sahədən əldə olunan gəlir 7,1 milyard dollar, 2025-ci ildə isə artım təxminən 48% təşkil edib".

Seçilən
34
teleqraf.com

1Mənbələr