AZ

Gürcüstanda xristianlığın dövlət dini elan olunmasının 1700 illiyi qeyd ediləcək


"2026-cı il Gürcüstan üçün xüsusi ildir. Bu il biz xristianlığın dövlət dini elan olunmasının 1700 illiyini qeyd edəcəyik" . 24news.ge-nin yaydığı məlumata görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Xristianlığa sədaqət, Tanrının və Müqəddəs Məryəmin himayəsi bizə bir çox fırtınalara baxmayaraq, əsrlər boyu dövlətçiliyi və milli kimliyimizi qorumağa imkan verib. Bütün bunlar vahid Gürcüstan arzusunun bir gün gerçəkləşəcəyinə inamımızı gücləndirir. Xristianlığın mehvəri sevgidir və sevgi də öz növbəsində istənilən şəxsin və ya dövlətin gücünün təməlidir", - deyə, Kobaxidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstan xristianlığı IV əsrdə, ənənəvi olaraq 326-cı ildə qəbul edib.

Bu hadisə Kartli (İberiya) krallığında, Kral III Mirianın dövründə baş verib və xristianlığın yayılmasında Müqəddəs Nino əsas rol oynayıb. Buna görə Gürcüstan dünyada xristianlığı dövlət dini kimi qəbul edən ən qədim ölkələrdən biridir.

Qeyd olunur ki, bəzi mənbələrdə 337-ci il də göstərilir, amma gürcü tarixi ənənəsində 326-cı il daha çox qəbul olunur.

İradə SARIYEVA

Seçilən
79
baki-xeber.com

1Mənbələr