Qazaxıstanın Almatı hava limanında əsasən “Air Astana” şirkətinin 20-dən çox reysi təxirə salınıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Air Astana” aviaşirkəti məlumat yayıb.
“3-4 yanvar gecəsi Almatını duman bürüyüb və görünüş məsafəsi 150 metrdən az olub. Pis hava şəraitinə görə uçuşlar təxirə salınıb.
Aviaşirkət cədvəli bərpa etmək üçün bütün tədbirləri görür, o cümlədən, “FlyArystan” ehtiyat təyyarəsindən istifadə edir. Sərnişinlərə hava limanına getməzdən əvvəl aviaşirkətin veb saytında uçuşun vəziyyətini yoxlamaq tövsiyə olunur”, - məlumatda bildirilib.