AZ

Siqaret yandıran erməni qazdoldurma məntəqəsini partlatdı

Ermənistanda güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, İrəvan yaxınlığında yerləşən qazdoldurma məntəqəsində partlayış olub.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Kriminal xəbər saytı olan "Shamshiyan" nəşri yazıb ki, Abovyanda baş verən hadisə qazdoldurma məntəqəsinin işçisinin məsuliyyətsizliyindən yaranıb. Menecer siqaret yandırıb və bu, partlayışa səbəb olub. Xəsarət alan şəxs İrəvan Milli Yanıq Mərkəzinə çatdırılıb, vəziyyəti ağırdır.

Seçilən
50
8
publika.az

10Mənbələr