AZ

Rusiya nəhəngi brazliyalı hücumçuya görə 25 30 milyon avro təklif edir

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Zenit" hücumçusu Maksim Qluşenkovu bu ilin yanvarında satacağı təqdirdə "Flamenqo"nun 28 yaşlı hücumçusu Pedro Abreunu transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur "X" sosial media səhifəsində paylaşım edib.

Mənbənin sözlərinə görə, Rusiya klubu braziliyalı oyunçu üçün 25-30 milyon avro təklif edə bilər.

Qeyd edək ki, Abreu 2020-ci ildən "Flamenqo"da çıxış edir. Hücumçu bu müddət ərzində bütün turnirlərdə 302 oyunda meydana çıxıb, 150 qol vurub və 39 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin sonuna qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
sport24.az

1Mənbələr