AZ

Honkonqda çoxmənzilli binada yanğın baş verib

Bakı. Trend:

Honkonqda Mei Yu House çoxmənzilli binasında baş vermiş yanğınnəticəsində ən azı bir nəfər ölüb, səkkiz nəfər isə xəstəxanayayerləşdirilib.

Trend xəbər verirki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Xilasedicilər xəsarət alanları — bir kişi və yeddi qadını — tibbmərkəzinə çatdırıblar; onlardan ikisinin vəziyyəti ağırdır.Yanğınsöndürənlər binadan əlavə 22 nəfəri təxliyə edib, 250-dən çoxsakin isə özləri binanı tərk edərək yaxınlıqdakı məktəbəyerləşdirilib. Hakimiyyət orqanları yanğının söndürüldüyünü vəsəbəbinin araşdırıldığını bildirib.

Honkonq hakimiyyəti bu hadisəyə xüsusi diqqət yetirir. 26 noyabr2025-ci ildə Vanq Fuk Kort kompleksində baş verən böyük yanğındasəkkiz hündürmərtəbəli binadan yeddisi yanmış, ən azı 161 nəfərölmüş, təxminən 5000 nəfər isə evsiz qalmışdı.

Seçilən
58
2
az.trend.az

1Mənbələr