BAKI, 4 yanvar. TELEQRAF
İranın İlam əyalətində qarşıdurmalarda üç nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Maləkşah bölgəsində hadisələr hüquq-mühafizə orqanlarından birinə silahlı şəxslərin daxil olmağa cəhdi nəticəsində gərginləşib.
Qeyd edilib ki, qarşıdurmalar zamanı bir mülki şəxs və iki hücumçu ölüb, daha bir neçə nəfər isə yaralanıb.