Hadisədən sonra yayılan ilk videokadrlarda Maduro artıq Nyu-Yorkda, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Manhettendə yerləşən binasında federal agentlərin nəzarəti altında görünür. Kadrlarda onun "Happy New Year" (yeni iliniz mübarək) ifadəsini işlətdiyi də açıq şəkildə eşidilir. Məlumata görə, o, daha sonra Bruklindəki Metropolitan Həbs Mərkəzinə aparılıb.
Maduronun Karakasda yatağında saxlanılması və ABŞ ərazisinə çıxarılması Latın Amerikası tarixində presedentsiz hadisə kimi qiymətləndirilir və Vaşinqtonun artıq "toxunulmaz liderlər" mərhələsini bağladığını göstərən açıq mesaj sayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31