"Barselona" La Liqada 19-cu tur matçında "Espanyol"u məğlub edərək (2:0) qol seriyasını uzadıb.
Fanat.Az xəbər verir ki, Hans-Diter Flikin komandası şənbə günü keçirilən derbidə qol vurmaq üçün 86 dəqiqə vaxt sərf edib.
Dani Olmo ilk, Robert Levandovski isə dörd dəqiqə sonra ikinci qolu vurub.
"Opta" -nın məlumatına görə, nəticədə "Barselona" ardıcıl 39 La Liqa oyununda fərqlənib və bu, təkcə İspaniyada yox, Avropanın ən yaxşı beş liqasında davam edən ən uzun qol seriyasıdır.
"Blaugrana"nın növbəti La Liqa oyunu 18 yanvarda "Real Sosyedad"a qarşı keçiriləcək. Bundan əvvəl isə Kataloniya nəhəngi İspaniya Super Kubokunda oynayacaq.