AZ

Jirinovski 6 il əvvəl demişdi: “ABŞ Venesuelanı tutur, Rusiya isə...

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Venesuela ətrafında baş verən hadisələrdən sonra Rusiya liberal-demokratlarının sabiq lideri Vladimir Jirinovskinin daha bir proqnozu ortaya çıxdı və fəal şəkildə müzakirə olunur. 

“Cebheinfo.az”-ın "Arqumentı i Faktı" qəzetinə istinadən məlumatına görə, bu, ABŞ-nin Venesuelaya hücumu ilə bağlıdır.

Vladimir Jirinovski 2020-ci ildə bir tok-şouda bu barədə danışıb və indi onun çıxışı yendiən müzakirə olunur. 

"Tramp 2024-cü ildə qalib gələcək və biz ona kömək edə bilərik. Bu payız ona kömək edə bilərik (müsahibə 2020-ci ildə qeydə alınıb – red.), həqiqətən müdaxilə edə bilərik. 2016-cı ildə seçiləndə heç nə etmədik, amma əgər ağlı olsaydı, 2020-ci ildə bizdən bir neçə şey etməyimizi istəyərdi və sonra bizimlə birlikdə qalib gələrdi.

Məsələn, biz Ukrayna ilə bağlı düzgün mövqe tutduq və Trampa Venesuela ilə bağlı fürsət verildi”. 

Jirinovski "Rossiya 1" kanalında daha sonra deyib: "O, Venesuelanı ələ keçirir, biz də Ukraynanı ələ keçiririk".

Xatırladaq ki, 3 yanvarda Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ABŞ xüsusi təyinatlıları tərəfindən tutularaq Nyu-York həbsxanasına aparılıblar.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
1
cebheinfo.az

2Mənbələr