ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Cənubi Koreyanın məşhur BTS qrupu yeni studiya albomunun rəsmi buraxılış tarixini açıqlayıb.
Axşam.az xəbər verir ki, albom 20 mart 2026-cı il tarixində işıq üzü görəcək. Bu buraxılış BTS-in son dörd ilə yaxın müddətdə ilk tamhüquqlu qrup albomu olacaq.
Hazırda qrupun bütün üzvləri hərbi xidməti başa vurub və BTS tam heyətlə fəaliyyətə qayıtmağa hazırlaşır.
Gözləntilərə görə, albomun relizindən qısa müddət sonra BTS-in dünya turu da elan ediləcək. Bu tur qrupun uzun fasilədən sonra ilk böyük birgə qastrol layihəsi olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.