AZ

Slaven Biliç sabiq komandasına qayıtmaq istəyir

BAKI, 4 yanvar. TELEQRAF

Xorvatiyalı baş məşqçi Slaven Biliç yenidən İngiltərə Premyer Liqasına qayıtmağa hazırlaşır.

Teleqraf jurnalist Ben Ceykobsa istinadən xəbər verir ki, o, istefası gündəmdə olan Nunu Eşpiritu Santunu əvəz etmək üçün “Vest Hem” rəhbərliyinə öz xidmətlərini təklif edib. London təmsilçisinin “Vulverhempton”a 0:3 hesablı məğlubiyyətindən sonra Santunun üzərindəki təzyiq daha da artıb.

Klub rəhbərliyinin namizədlər siyahısında Biliçlə yanaşı, Maykl Kerrikin də adı hallanır.

Qeyd edək ki, Slaven Biliç artıq 2015–2017-ci illərdə “Vest Hem”i çalışdırıb. Onun son iş yeri 2024-cü ildə tərk etdiyi Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubu olub.

Seçilən
94
teleqraf.com

1Mənbələr