AZ

Neft bahalaşacaq?

ABŞ-nin prezident Nikolas Maduronu ələ keçirmək üçün xüsusi əməliyyat keçirdiyi Venesuelada baş verən hadisələr qlobal bazarlarda neft qiymətinin bahalaşmasına səbəb ola bilər.Metbuat.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban feysbuk səhifəsində yazıb.

O bildirib ki, bununla bağlı Macarıstan hökuməti ölkənin enerji şirkətləri ilə təcili məsləhətləşmələr aparıb: "Biz ölkəni Venesuela böhranının neftin bahalaşmasına səbəb ola biləcək nəticələrindən qorumaq üçün enerji sektorunun əsas oyunçuları ilə məsləhətləşmişik. Macarıstan hökuməti bunun üzərində işləyir", - Orban qeyd edib

Seçilən
80
metbuat.az

1Mənbələr