AZ

“Mançester”in gənc yarımmüdafiəçisi “Napoli”yə keçə bilər

ain.az bildirir, Baku.ws portalına istinadən.

"Mançester Yunayted"in futbolçusu Kobbi Maynonun qış transfer pəncərəsində İtaliyaya üz tutmaq ehtimalı yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri yazıb.

Məlumata görə, A Seriyasının son çempionu "Napoli" 20 yaşlı ingilis yarımmüdafiəçini transfer siyahısında saxlayır və onu əsas hədəflərdən biri kimi dəyərləndirir.

Bununla belə, neapolluların Maynonu heyətinə qatması maliyyə şərtlərindən asılıdır. Bildirilir ki, bu keçid yalnız Noa Lanqın komandadan ayrılacağı təqdirdə mümkün ola bilər.

Futbolçu həmçinin "Qalatasaray"ın da diqqət mərkəzindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
1
baku.ws

2Mənbələr