ABŞ prezidenti Donald Tramp Venesueladakı əməliyyatla bağlı keçirdiyi mətbuat konfransında gözlənilmədən Rusiya və Ukraynadan danışıb. O, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların uzandığı bir vaxtda Rusiya prezidenti Vladimir Putini bir daha bəyənmədiyini bildirib.
"Moskovskiy Komsomoleç" yazır ki, bununla belə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, Tramp və Putin daha əvvəl telefon danışığı aparıblar və bu zaman anlaşma əldə olunub.
Tramp məsələ ilə bağlı suala cavabında “Putindən heyrətlənmirəm” deyib və əlavə edib ki, o, Moskva ilə dialoqun gedişindən və Ukrayna münaqişəsində həddən artıq çox insanın həlak olmasından narazıdır.
"Bu, Bayden-Zelenski-Putin müharibəsidir. Mən bu vəziyyətə gəldim və bu, qarışıqlıqdır" deyən Tramp, bu qarşıdurmanı tez bir zamanda həll edilə bilən "ən asan münaqişə" hesab etdiyinə, lakin indiyə qədər tərəfləri danışıqlar masasına oturtmağa nail olmadığına inandığını təkrarladı. Bununla belə, Tramp bəzi “irəliləyiş” qeyd edib.
İRADƏ