AZ

İranda etirazlar şiddətlənir: Dövlət bayraqları yandırılır, polis maşınları alovlanır

İranda altıncı gündür davam edən kütləvi etirazlar yeni və daha sərt mərhələyə keçib.

Musavat.com xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində etirazçılar dövlət bayraqlarını yandırır, polisə məxsus avtomobilləri od vuraraq sıradan çıxarırlar.

Yerli və beynəlxalq KİV-in məlumatına görə, aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalar qeydə alınıb, bəzi hallarda silahdan istifadə edildiyi bildirilir. İlkin məlumatlara əsasən, indiyədək azı 8 nəfər həlak olub, təxminən 40 nəfər isə yaralanıb.

Xatırladaq ki, etirazların əsas səbəbi ölkədə dərinləşən iqtisadi böhrandır. Son aylarda əsas ərzaq məhsullarının qiyməti 60-70 faiz artıb, milli valyuta rial isə kəskin dəyər itirərək 1 dollar üçün 1,4 milyon səviyyəsinə qədər ucuzlaşıb.

Baş verənlər fonunda ABŞ prezidenti Donald Tramp da mövqeyini açıqlayıb. O, ABŞ-ın "etirazçılar öldürülməyə davam edərsə, onlara kömək etməyə hazır olduğunu" bildirib. Rəsmi Tehran isə bu bəyanatı İranın daxili işlərinə "təhlükəli müdaxilə" kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
49
olaylar.az

10Mənbələr