AZ

Nofəl Şahlaroğlu: “Səsi daraltmaq üçün “daralgin” qəbul edirəm”

“Savadsız aparıcını tələb edən adamın özü savadsızdır. İndi nəticəyə baxın. Mən də nəticə olaraq savadsız adama baxıram, savadsızlaşıram. Mənim ötürdüyüm nə olacaq? Artıq fərdin inkişafı yoxdur”.

 

Pravda.az xəbər verir ki, bu sözləri rejissor, filologiya elmləri üzrə fəlsəfə doktoru, aktyor Nofəl Şahlaroğlu  “Qapqara” verilişində deyib.

 

O, savadın artıq tələb olunmadığından gileylənib: “Mənə deyirlər, sən efirdə çox ağıllı danışırsan. Ağıllı danışmıram, üzr istəyirəm, qabağımdakı axmaqdır. 6 il əvvəl biri mənə canlı yayımda sual verdi ki, siz parodiya edirsiniz? Dedim, təqlid edirəm, parodiya ayrı janrdır. Daha sonra dedi ki, bunu edəndə nələri, hansı dərmanları qəbul edirsiniz? Mən də ona baxıb cavab verdim ki, “daralgin” qəbul edirəm, səsi daraldır, generazol var, səhər atıram ki, səsi açır. Cavabı qəbul etdi. Məgər aktyor istedad dərmanı içir ki, oynasın? Mən belə aparıcı ilə necə söhbət edim? Bir aparıcı, mənə nəisə ötürən adamın özünə nəisə ötürmək lazımdır”.

 

Şəhanə Quliyeva

Tarix: 4 Yanvar 2026, 09:04   
Seçilən
59
pravda.az

1Mənbələr