AZ

Türkiyə müxalifətindən ABŞ-a sərt mesaj: “Tramp tək-tək dünyanın başına ...

Türkiyənin müxalifət düşərgəsində ABŞ-ın Venesuellaya hərbi müdaxiləsi ilə bağlı ard-arda sensasiyalı açıqlamalar səslənib. Açıqlamalar ton və yanaşma baxımından fərqli olsa da, Vaşinqtonun addımlarına qarşı sərt mövqe ortaq xətt kimi ön plana çıxır.

CHP-nin sədri Özgür Özəl ABŞ-ın siyasətini açıq şəkildə hədəfə alaraq bildirib ki, "Trampın qurduğu düzən dünya düzəni ola bilməz". Onun sözlərinə görə, dünya kritik yol ayrıcındadır: "Ya bu çılğınlığa qarşı dirəniləcək, ya da Tramp tək-tək bütün dünyanın başına çıxacaq".

Özgür Özəl qeyd edib ki, Venesuellada ölkə liderinin və onun həyat yoldaşının ABŞ tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ölkə xaricinə aparıldıqları bildirilir. Bununla yanaşı, o, Nikolas Maduronun daxili siyasətinə də toxunaraq vurğulayıb: "Buradan açıq şəkildə deyirəm: Maduro seçkiləri ədalətli və təhlükəsiz keçirmədikdə, müxalifətin etirazlarına qulaq asmadıqda, yanlış edirdi".

Mövzuya münasibət bildirən MHP sədri Dövlət Baççalı isə ABŞ-ın Venesuelladakı hərbi müdaxiləsini "bizə məlum və tanış olan bir komplo" adlandırıb. Onun sözlərinə görə, Vaşinqtonun məqsədi legitim hakimiyyəti zor yolu ilə devirməkdir: "ABŞ-ın Venesuellada həyata keçirdiyi hərbi müdaxilə ilə dövlət başçısı Nikolas Maduronu qanunsuz və haqsız şəkildə hakimiyyətdən uzaqlaşdırmaq cəhdi bizim üçün tanış ssenaridir".

Baxçalı açıqlamasında Türkiyə ilə paralel də aparıb: "15 iyul 2016-cı ildə Türk millətinin iradəsi qarşısında nəticə əldə edə bilməyən Amerika, bu gün oxşar cəhdi Venezüellada həyata keçirməyə çalışır".

Beləliklə, ABŞ-ın Venesuellaya müdaxiləsi Türkiyə müxalifətində həm qlobal düzən, həm də milli iradə kontekstində ciddi müzakirələrə səbəb olub.Mwsavat,com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
97
48
olaylar.az

10Mənbələr