AZ

ABŞ-nin Venesueladakı hərbi əməliyyatı beynəlxalq qaydalara təhdid kimi qiymətləndirilir

Çinli politoloqlar və beynəlxalq müşahidəçilər ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat və ölkə Prezidenti Nikolas Maduronun saxlanılmasının beynəlxalq hüquqa zidd olduğunu və qlobal nizam üçün ciddi təhlükə yaratdığını bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə "Global Times" qəzeti məlumat yayıb.

Çin Sosial Elmlər Akademiyasının elmi əməkdaşı Lyu Syan qəzetə açıqlamasında qeyd edib ki, fəaliyyət göstərən dövlət başçısının bu şəkildə ələ keçirilməsi son dərəcə qeyri-adidir:

"Bu addım təkcə beynəlxalq hüququ pozmur, eyni zamanda ABŞ-ın daxili qanunvericiliyi çərçivəsində belə heç bir hüquqi əsas daşımır. Vaşinqtonun bu hərəkətləri beynəlxalq nizam üçün “böyük sarsıntı” yaradıb və əməliyyat ABŞ-nin regionda hegemonluğunu möhkəmləndirməyə yönəlmiş “yeni Monro doktrinası”nın bərpası kimi qiymətləndirilə bilər".

Qeyd edək ki, "Monro doktrinası" ABŞ-nin Qərb yarımkürəsini (Latın Amerikası və Karib hövzəsi) öz təsir dairəsi hesab etdiyini və bu regiona digər böyük güclərin müdaxiləsinə qarşı çıxdığını nəzərdə tutur.

Seçilən
74
17
teleqraf.com

10Mənbələr