AZ

Sloveniyalı 9 ildir oynadığı klubdan ayrıldı

“Leypsiq” yarımmüdafiəçisi Kevin Kamplla vidalaşıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bu, 35 yaşlı sloveniyalı futbolçunun istəyi ilə reallaşıb. 

Orta sahə oyunçusu şəxsi səbəbləri əsas gətirərək klubdan müqaviləsini vaxtından əvvəl ləğv etməyi istəyib və tərəflər razılığa gəliblər:

"İndi evdə ailəmə diqqət yetirəcəyəm. Gələcəkdə futbol meydanlarına qayıtmaq ehtimalını istisna etmirəm. Baxmayaraq ki, hazırda bu, tamamilə qeyri-real görünür. Çünki ən yaxınlarımla vaxt keçirməyə qərarlıyam".

Kampl 2017-ci ilin avqustunda “Bayer”dən “Leypsiq”ə transfer olunmuşdu. O, klubun heyətində 283 oyun keçirib.
 

Seçilən
107
1
fanat.az

2Mənbələr