AZ

Teylor-Qrin: Trampın tərəfdarları müharibələri dayandıracağını düşünməkdə yanılıblar

BAKI, 4 yanvar. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjori Teylor-Qrin Vaşinqtonun Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatından sonra ABŞ Prezidenti Donald Trampın tərəfdarlarını sərt tənqid edib.

Teleqraf xəbər verir ki, Respublikaçı konqresmen bu fikirləri "X" sosial şəbəkəsində paylaşıb. O bildirib ki, Trampın hakimiyyəti dövründə ABŞ-nin xarici münaqişələrdə iştirakının dayandırılacağını gözləyənlər ciddi şəkildə yanılıblar.

“Amerikalıların hökumətimizin sonsuz hərbi aqressiyasına və xarici müharibələrin dəstəklənməsinə qarşı qəzəbi onunla bağlıdır ki, bütün bunların maliyyə yükünü biz ödəyirik. Həm Respublikaçılar, həm də Demokratlar Vaşinqtonun hərbi maşınının maliyyələşdirilməsini dəstəkləyir. MAGA hərəkatında olan bir çox insan buna son qoyulacağına səs verdiyini düşünürdü. Onlar necə də yanılıblar”, – deyə Teylor-Qrin qeyd edib.

Konqresmen bu açıqlaması ilə ABŞ-nin Venesuelada keçirdiyi son əməliyyata münasibətini ifadə edib.

Seçilən
23
teleqraf.com

1Mənbələr