AZ

"The Guardian": ABŞ Venesueladan sonra İran və Danimarkanı hədəfə ala bilər

BAKI, 4 yanvar. TELEQRAF

"The Guardian" ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra növbəti potensial hədəflərin İran və Danimarka ola biləcəyini yazıb.

Teleqraf xəbər verir ki, nəşrin qeyd etdiyinə görə, Venesuelada bir gecə ərzində baş verən hadisələr ABŞ Prezidenti Donald Trampın radikal addımlar atmağa hazır olduğunu bəyan etdiyi ölkələrin hökumətlərində ciddi narahatlıq yaradacaq.

Məqalədə bildirilir ki, son günlər Tramp ABŞ-nin İranda hökumət əleyhinə etiraz edənləri dəstəkləməyə hazır olduğunu açıq şəkildə dilə gətirib. Bununla yanaşı, nəşr amerikalı rəsmilərin Qrenlandiyanın “istənilən vasitə ilə ələ keçirilməsi” ilə bağlı hədələr səsləndirməyə davam etdiklərini vurğulayır.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-nin Venesuelaya zərbələri fonunda növbəti hədəfin Qrenlandiya olub-olmayacağı sualını gündəmə gətirmişdi.

Seçilən
107
25
teleqraf.com

10Mənbələr