Nyu-York şəhərinin meri Zöhran Mamdani ABŞ-ın Venesuelaya qarşı əməliyyatını pisləyərək, bunu müharibə aktı və beynəlxalq hüququn pozulması adlandırıb.
Publika.az xəbər verir ki, o, bunu "X" sosial media saytında yazıb.
"Suveren millətə birtərəfli hücum müharibə aktı və federal və beynəlxalq hüququn pozulmasıdır", - Nyu-York meri bildirib.
Mamdani vurğulayıb ki, bu "rejim dəyişikliyi üçün açıq-aşkar istək" bütün Nyu-Yorklulara təsir edir.