Mandarin qabığı C vitamini və flavonoidlər baxımından zəngindir. Bu maddələr orqanizmin müdafiə sistemini gücləndirərək soyuqdəymə və infeksiyalara qarşı müqaviməti artırır.Həzm sisteminə müsbət təsir göstərir
Qurudulmuş mandarin qabığından hazırlanan çay həzmi yaxşılaşdırır, köp və mədə narahatlıqlarını azalda bilər. Xalq təbabətində bu məqsədlə uzun illərdir istifadə olunur.Stress və yorğunluğu azaldır
Mandarin qabığının xoş ətri sinir sisteminə sakitləşdirici təsir göstərir. Aromaterapiyada istifadə edilən mandarin qabığı yağı stressin azalmasına kömək edə bilər.Dəri sağlamlığını dəstəkləyir
Tərkibindəki antioksidantlar dərinin vaxtından əvvəl qocalmasının qarşısını almağa kömək edir. Mandarin qabığı ekstraktları kosmetik məhsullarda da geniş istifadə olunur.Xolesterinin azalmasına kömək edir
Araşdırmalara görə, mandarin qabığında olan bəzi maddələr qanda “pis” xolesterinin səviyyəsinin azalmasına müsbət təsir göstərə bilər.