AZ

Basler Zeitung: ABŞ-nin Venesuela ilə bağlı oxşar hərbi avantüraları fəlakətlə nəticələnib

BAKI, 4 yanvar. TELEQRAF

İsveçrənin "Basler Zeitung" nəşri ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatları sərt tənqid edərək, bu cür avantüraların keçmişdə ağır nəticələrə yol açdığını yazıb.

Teleqraf xəbər verir ki, qəzetin qiymətləndirməsinə görə, ABŞ-nin Venesuela ərazisinə endirdiyi zərbələr müəyyən mənada Panamaya 1989-cu ildəki müdaxiləni və İraqda 2003-cü ildə aparılan müharibəni xatırladır.

Nəşr qeyd edir ki, ABŞ-nin Venesuelaya hücumlarını avantürist addım kimi qiymətləndirmək üçün Venesuela lideri Nikolas Maduronun tərəfdarı olmağa ehtiyac yoxdur. Məqalədə vurğulanır ki, həm Panamada, həm də İraqda müdaxilələr müxtəlif bəhanələrlə əsaslandırılsa da, sonradan bu arqumentlərin əsassız olduğu üzə çıxıb.

“Bu halların hər ikisi yaxşı əlamət deyil”, – deyə qəzet yazır. Xatırladılır ki, Panama ilə bağlı iddialar narkobiznes əlaqələri ilə əsaslandırılmışdı, İraqda isə “kütləvi qırğın silahları” mövzusu irəli sürülmüşdü və sonradan bunun mif olduğu ortaya çıxmışdı.

"Basler Zeitung"un qənaətinə görə, hər iki halda nəticə fəlakətli olub, çoxlu sayda günahsız insan həlak olub, İraqda isə ölənlərin sayı yüz minlərlə ölçülür.

Seçilən
33
teleqraf.com

1Mənbələr