AZ

Tramp Maduronun bu videosuna ağ başlı qartalla CAVAB VERDİ

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ona meydan oxuduğunu göstərən videonu yayımlayıb.

Publika.az xəbər verir ki, o, videonu özünün "Truth Social" səhifəsində paylaşıb.

Videoda Maduronun çıxışından bir fraqment yer alır.

"Gəl məni tut, səni burada, Mirafloresdə (Venesueladakı prezident sarayında) gözləyəcəyəm. Bura çatmaq daha uzun çəkəcək, qorxaq. Gəl məni tut, qorxaq", - Maduro videoda deyib.

Məlum olub ki, onun müraciəti Trampa deyil, 2024-cü il prezidentliyə namizədi Edmund Qonsales Urrutiaya ünvanlanıb.

Seçilən
78
publika.az

1Mənbələr