AZ

Hindistanda fil sürüsü işdən evə qayıdan qadını öldürüb

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hindistanın Nepalla sərhəddə yerləşən Uttar-Pradeş ştatında fil sürüsü işdən sonra meşə ilə evə qayıdan qadını öldürüb.

Oxu.Az bildirir ki, bu barədə "The Statesman" nəşri məlumat verib.

Məlumata görə, faciə Katarniaqhat meşə massivində baş verib. 47 yaşlı Nepal vətəndaşı Balika Sen kəndin digər sakinləri ilə birlikdə tarlada işləyirdi. Qrup axşam evə qayıdarkən qəfildən meşədə fil sürüsü ilə rastlaşıb.

Şahidlərin sözlərinə görə, heyvanlar qadınları kolluqların yaxınlığında mühasirəyə alıblar. Əksəriyyəti qaçaraq xilas olmağı bacarıb, lakin Balika Sen tələyə düşüb. Fillər onu tutaraq bir neçə dəfə güclü zərbə ilə yerə çırpıblar. Qadın aldığı xəsarətlərdən yerindəcə həyatını itirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
3
oxu.az

6Mənbələr