AZ

Venesuelada mağazalar qarşısında növbələr yaranıb

BAKI, 4 yanvar. TELEQRAF

Venesuelanın paytaxtı Karakasda mağazalar qarşısında uzun növbələr yaranıb.

Teleqraf xəbər verir ki, Karakasda ABŞ-nin hərbi əməliyyatı fonunda ölkədə elan olunan fövqəladə vəziyyət səbəbindən insanlar ərzaq mağazaları qarşısında uzun növbələrə düzülüb.

RT-nin yaydığı kadrlarda paytaxtda yerləşən mağazalardan birinin qarşısında yaranan böyük növbə əks olunub. Görüntülərdə insanların birbaşa yol kənarında dayanaraq ərzaq ala bilmək ümidi ilə gözlədiyi görünür.

Daha əvvəl RT-nin müxbiri Murad Qazdiyev ABŞ-nin Venesuelaya hücumunun ölkənin dinc sakinləri arasında ciddi qorxu və təşviş yaratdığını bildirmişdi.

Seçilən
108
teleqraf.com

1Mənbələr