"Fənərbaxça" heyətinə yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi "Samsunspor"dan Antoni Musabanı transfer edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça" 25 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalayıb.
Niderlandlı futbolçu cari mövsüm çıxdığı 22 rəsmi matçda 6 qol vurub və 3 məhsuldar ötürmə verib. O, karyerası ərzində "Monako", "Brügge" və s. klubların da formasını geyinib.