AZ

“Atalanta” evdə “Roma”nı məğlub etdi

İtaliya A Seriyasının 18-ci turu çərçivəsində keçirilən “Atalanta” – “Roma” matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Bergamoda, “Gewiss – Atleti Azzurri d’Italia” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri minimal hesablı qələbə qazanıblar – 1:0.

Görüşün baş hakimi Faentsadan olan Mikael Fabbri olub. Matçın taleyini həll edən yeganə qolu 12-ci dəqiqədə Corcio Skalvini vurub. 28-ci dəqiqədə “Atalanta”nın hücumçusu Canluka Skamakka hesabı artırsa da, VAR sisteminə baxıldıqdan sonra qol ləğv edilib.

Bu nəticədən sonra “Atalanta” aktivinə 25 xal yazdıraraq turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. 33 xala malik “Roma” isə 5-ci yerdə mövqeyini qoruyub.

Seçilən
37
90deqiqe.az

1Mənbələr