AZ

Almaniya Bundesveri Avropanın ən güclü ordusuna çevirəcək

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Almaniya ordusu Avropanın ən güclüsü olmalıdır.

Oxu.Az "Welt am Sonntag"a istinadən xəbər verir ki, bunu ölkə parlamentindəki hakim koalisiyaya daxil olan Xristian Sosial İttifaqının lideri Aleksandr Hoffman bildirib.

"Almaniya məsuliyyəti öz üzərinə götürməli və Avropanın ən güclü ənənəvi ordusunu yaratmalıdır ki, müdafiəyə hazır və müttəfiq tərəfdaşlarımızla birlikdə çəkindirmə qabiliyyətinə malik olsun", - deyə Hoffman bəyan edib.

Məlumata görə, partiya gələn həftə Bavariyada keçiriləcək qapalı iclasında Bundesverin hərbi gücünün hərtərəfli artırılmasını nəzərdə tutan təhlükəsizlik siyasəti proqramını qəbul etməyi planlaşdırır. Sənədə əsasən, Almaniya öz silahlı qüvvələrini uzunmənzilli dronlar və idarə olunan raketlərlə təchiz etməli, eləcə də özünün hipersəs raketlərini yaratmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
oxu.az

1Mənbələr