AZ

Bu da Suriyanın yeni milli valyutası

Suriya şənbə günü yeni milli valyutanın dövriyyəyə buraxılması prosesinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Prezident Əhməd əl-Şaraa tərəfindən bu həftənin əvvəlində verilən fərmanda bildirilirdi ki, köhnə Suriya valyutası mərkəzi bank tərəfindən müəyyən edilmiş cədvələ uyğun olaraq və xüsusi mübadilə məntəqələri vasitəsilə tədricən dövriyyədən çıxarılacaq.

Mərkəzi Bankın sədri Mohles Nazer sosial mediada paylaşım edərək bildirib ki, bir neçə həftəlik hazırlıqdan sonra şənbə günü səhər köhnə Suriya funtlarının yeni əskinaslarla rəsmi olaraq dəyişdirilməsinə başlanılıb.

Dövlət xəbər agentliyi SANA tərəfindən dərc edilən prezident fərmanında deyilir ki, “yeni Suriya valyutası köhnə valyutanın nominal dəyərindən iki sıfır çıxarılmaqla buraxılacaq”.

Seçilən
76
1
publika.az

2Mənbələr